NASA-nın kosmosdan çəkdiyi son fotolarda Avropa qitəsinin yandığı görünür.
Teleqraf.com xəbər verir ki, dünyanı təhdid edən qlobal istiləşmənin dünya xəritəsini necə dəyişdirəcəyi hazırda elm aləmini düşündürən başlıca problemdir.
İyul ayının sonu Avropada şiddətli istilər özünün pik nöqtəsinə çatıb. Belçika, Fransa və digər ölkələrdə istilik rekord həddi qıraraq 39-40 dərəcəyə yüksəlib. Aşırı istilərlə paralel olaraq buzlar əriyir və bu prosesi durdurmaq mümkün olmur. Araşdırmaya görə, bütün buzların əriməsi baş verərsə dəniz suyunun səviyyəsi 65 metr qədər qalxacaq.
Bu mənada 1880-cı ildən bu yana dünya çapında 6300 hava stansiyası quraraq qlobal istiləşməni öyrənən NASA alimlərinin yaydığı xəritə insanlarda təəccüb yaradır. Yeni analizlərini açıqlayan NASA 2017-ci ili XIX əsrin sonlarından bu yana ən isti ikinci il olduğunu ifadə edib.
İddiaya görə, qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi ən ciddi ziyanı Avropaya verəcək. Məhz bu səbəbdən də NASA-nın son fotolarında Avropa qistəsi tam başqa bir formatda ortaya çıxıb.