Türkiyənin Urfa vilayətində 2019-cu ilin ilk 6 ayında 287-si qız uşağı, 91-i oğlan olmaqla ümumilikdə 378 azyaşlının cinsi istismara məruz qaldığı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, cinsi zorakılığa məruz qalan uşaqların ortalama yaşı 12-16 arasındadır.
Olaylarda 21 qız uşağının hamilə qaldığı və bunların hamısının doğuş etdiyi bildirilib. Uşaq dünyaya gətirən azyaşlıların dövlət himayəsinə alındığı halda, 378 olaydan 21-nin ailə daxilində baş verdiyi önə sürülüb.
2019-cu ilin ilk 6 ayında 72 azyaşlı qız erkən evliliyə məcbur olunub. Qeyri-rəsmi rəqəmlərdə isə bu rəqəmin 700 min olduğu iddia edilib.