“Ermənistan prezident idarəetmə sistemindən parlamentli respublika modelinə keçdi, amma hər şeyin göründüyü kimi hamar olmadığına inanıram”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya şurasının spikeri Valentina Matviyenko deyib.
O, dünyada uğurlu parlament respublikaları nümunələrinin olduğunu bildirib və Ermənistanın bu sırada dayanmadığını diqqətə çatdırıb:
“Dünyada uğurlu parlament respublikalarına aid nümunələr var, amma siyasi partiyaların, siyasi sistemin və demokratik təsisatların 100 yaşından yuxarı olduğu ölkələrdə bunlardan kifayət qədər çoxdur.
Ermənistandakı həmkarlarımız da parlament respublikasına keçmək qərarına gəldilər. Amma, hər şey o qədər hamar deyil, hər şey o qədər də sadə deyil”.