Dörd qız əlil olan 15 yaşlı qızı vəhşicəsinə döyüb.
Teleqraf.com xəbər verir ki, bu biabırçı hadisə ABŞ-ın Çikaqo şəhərində olub.
Həftənin birinci günü baş verən hadisənin video görüntüləri bir gün sonra ortaya çıxıb. Videonu qısa müddət ərzində 6 milyondan çox insan izləyib.
Polis rəsmisi Ozzie Valdez deyib ki, əlil qıza hücum edən qızlardan ikisinin 15, digərlərinin isə 13 və 14 yaşı var.
Videogörüntülərdə 4 qız əlil olan bir qızın üzərinə hücum çəkərək onu döyməyə başlayır. Sonda əlil qız yerə yıxılır.
Ştatın Uşaq və Ailə Xidmətləri Departamenti 15 yaşlı əlil uşağın döyülməsinə dair məsələləri ciddi şəkildə araşdırdığını bəyan edib.
Polis isə bildirib ki, döyülən əlil qız vətəndaşlar tərəfindən metroda tapılıb və atasına verilib. Daha sonra o, xəstəxanaya aparılıb.