Fidel Kastro və yoldaşları diktator Batistanı devirmək üçün 1953-cü il iyulun 26-da Monkada Kazarmasına hücum təşkil etdi, lakin hücum uğursuz oldu, qiyamçılar ələ keçdi. Həmin il oktyabrın 16-da məhkəməyə çıxarılan Fidel özünü sonralar məşhurlaşan “Tarix məni haqlı çıxardı”, ifadəsi ilə müdafiə etdi. Bu ifadə çap olunaraq xalq arasında paylanıldı və inqilabın ən güclü təbliğat vasitələrindən birinə çevrildi.
Batista qızışmış xalqı yumşaltmaq üçün Fidel Kastro üçün verilmiş hökmü ləğv etmək məcburiyyətində qaldı. Bundan sonra Meksikada yoldaşları ilə bir araya gələn Fidel yenidən təşkilatlanma işinə başladı. Monkada Kazarmasına basqının şərəfinə özlərinə “26 İyul Hərəkatı” adını verdilər.
Meksikadan Kubaya ayaq basan 82 nəfərin liderlik etdiyi və 2 il davam edən partizan mübarizəsindən sonra diktatorun ordusunu məğlub edərək, 1959-cu il yanvarın 1-də hakimiyyəti ələ keçirdilər. Beləliklə, Monkada Kazarmasına hücum inqilabın xəbərdarlıq fişənginə çevrildi, diktator rejimi üçün sonun başlanğıcı oldu.
İyulun 26-da nə baş verdi?
1953-cü il iyulun 26-da aralarında qadınların da olduğu 125 nəfər səhər saatlarında diktatorun iki böyük hərbi qarnizonundan biri olan Monkada Kazarmasına hücum etmək üçün hərəkətə keçdi. Məqsəd cəbbəxananı ələ keçirərək silahlanmaq, eyni zamanda buranı ordunun nəzarətindən çıxarmaq idi. Digər qrup isə radionu ələ keçirərək xalqı küçələrə çıxmağa çağıracaqdı. Plan incəliyinə qədər hazır idi, lakin Santyaqo karnavalında yaşanan izdiham buna mane oldu. Hücum planlaşdırılan kimi olmadı. Qarşıdurmada ölənlərin sayı çox olmasa da, üsyançıların böyük hissəsi ələ keçmişdi, sonralar onlar da işgəncə ilə öldürüldü. Dağa qaçmağı bacaran Fidel Kastro və 18 nəfər isə bir həftə sonra ələ keçdi. Ələ keçənlər 5-15 il azadlıqdan məhrum edildi.
26 İyul Hərəkatı
Fidel Kastro 15 il azadlıqdan məhrum edilsə də, 3 il həbsxanada qaldıqdan sonra – 1955-ci il mayın 5-də sərbəst burxıldı, bundan sonra Monkada hücumunda iştirak edən “Moviemento” qrupunu “26 İyul Hərəkatı” adlandıraraq inqilaba başladı. Bu hərəkat inqilabi təşkilatlanmanın təkanverici qüvvəsinə çevrildi. 26 İyul Hərəkatının Monkada hücumunu təşkil edərkən əsas prinsipi xalqın Batista rejiminə qarşı olan kəskin münasibətini ortaya çıxarmaq idi. Hücum inqilaba gedən yolun qarşısını açmışdı. Fidel və yoldaşları Meksikaya gedərək 1956-cı ildə Ernesto Çe Gevara ilə birlikdə “Qranma” gəmisiylə Las Koloradasa çıxdı. 1959-cu ildə Kubada inqilab baş verdi.
Beləliklə, 26 İyul Hərəkatı cəmiyyətin alt siniflərindən alt siniflər üçün qurulmuş inqilabçı təşkilat idi.