26 İyul 2019 18:57
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın paytaxtı İrəvanda yaşayan sakinlər yoluxucu xəstəliklərlə üz-üzə qalıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hayastani Anrapetutyun” qəzeti məlumat yayıb.

Erməni nəşri paytaxtda sanitar təhlükənin yaşandığını yazıb:

“İrəvan zibilliklər və təmizləmə işinin düzgün aparılmaması səbəbindən pis qoxulardan xilas ola bilmir.

Ermənistan Səhiyyə Nazirliyinin Gigiyena, Sanitariya və Antiepidemik Nəzarət şöbəsinin aparıcı mütəxəssisi Lilit Qabrielyan qəzetə verdiyi açıqlamada paytaxtda sağlamlıq baxımından risklərin olduğunu qeyd edib, onun fikrincə, zibillərin yığılmaması şəhərdə gəmiricilərin sayının artmasına səbəb olub. Gəmiricilər isə öz növbəsində müxtəlif xəstəliklərin təbii daşıyıcıları hesab olunur.

Zibil yığılmaması səbəbindən İrəvan müxtəlif xəstəliklərin yayılması və yaranması üçün ən əlverişli məkana çevrilib, şəhərdə sayı çoxalan milçəklər isə bu yoluxucu xəstəliklərin yayılmasına kömək edir. Məsələn, dizinteriya ağcaqanadlar vasitəsilə yayıla bilər. Habelə gəmiricilər səbəbindən leyşmanioz və leptospiroz (yoluxucu xəstəliklər) kimi virusların yayılması riski artır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər