26 İyul 2019 19:44
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinə (ROK) 2020-ci il 24 iyul-9 avqust 2020-ci il tarixində Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün rəsmi dəvət göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı ROK məlumat yayıb.

“Beləliklə, ROK 2018-ci ilin fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarından fərqli olaraq Yaponiya paytaxtında tam tərkibli olimpiya komandası ilə Rusiyanın dövlət bayrağı altında və heç bir məhdudiyyət və ya əlavə şərt olmadan çıxış etmək imkanı əldə edib. Bu, o cümlədən beynəlxalq yarışlarda iştirak etmək üçün rəsmi icazəsi olan və olimpiya seçimlərini keçə biləcək yüngül atletika nümayəndələrinə də aiddir”, – deyə məlumatda qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər