11 Sentyabr 2014 14:43
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda Amerika müsəlman icmasının liderləri “İslam Dövləti” qrupunun zorakı ekstremizmini qınayıb.

Teleqraf.com-un “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, müsəlman icmasının liderləri bu gün Vaşinqtonda 11 sentyabr terror hadisələrinin ildönümünü qeyd edib.

Onlar Birləşmiş Ştatlarda müsəlmanları ekstremizmə qarşı mübarizə aparmağa və zorakılıqlara yol verilməməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə çağırıb.

Dalles bölgəsi müsəlman icmasının imamı Məhəmməd Məcid dini liderlərin bu mübarizənin önündə getməli olduğunu deyərək, nifrət ideologiyasının yayılmasının qarşısını almaq üçün proqramların hazırlandığını bildirib.

O, islam dininin sülh, sevgi, insan həyatını qorumaq kimi ideyalara xidmət etdiyini deyib.

Amerika müsəlmanları bu çağırışları ABŞ prezidenti Barak Obamanın “İslam Dövləti” qrupuna qarşı strategiyanı açıqlamaq üçün Amerika xalqına müraciət etməyə hazırlaşdığı bir vaxtda edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: