27 İyul 2019 15:35
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Liviya sahillərində 150 afrikalı miqrantın gəmi qəzası nəticəsində həlak olmasından sonra BMT Avropa İttifaqına Aralıq dənizində batan qaçqınları xilas etmək barədə müraciət edib.

Teleqraf.com təşkilatın saytına istinadla xəbər verir ki, BMT Qaçqınların İşi üzrə Ali Komissarlığın məlumatına görə, dənizdə batanlar Efiopiya və Sudan vətəndaşları olublar. Yaxınlıqdakı balıqçıların fədakarlığı nəticəsində daha 148 miqrantı xilas etmək mümkün olub.

BMT-nin məlumatında bildirilir ki, bu faciədən sarsılan Baş katib Antonio Quterreş miqrantlar və qaçqınlar üçün təhlükəsiz leqal miqrasiya kanalları yaratmağa çağırıb. Təşkilatın təmsilçisi Çarli Yaksli bildirib ki, xilas edilən 87 miqrant Tripoli yaxınlığındakı düşərgəyə qaytarılıb. Bu toplama məntəqəsi iki həftə əvvəl bombardmana məruz qalıb və 5-dən çox adam ölüb. Bu səbəbdən insanların burada saxlanılması düzgün deyil. BMT-nin təmsilçisi qeyd edib ki, bununla belə, Aralıq dənizi ilə Avropaya getmək istəyən 4 488 nəfər də Liviyaya qaytarılıb.

Çarli Yaksli Avropa ölkələrini Aralıq dənizində köməksiz vəziyyətdə olan miqrantları xilas edən qeyri-hökumət təşkilatlarının fəaliyyətini dəstəkləməyə çağırıb. Xatırladaq ki, İtaliya hökuməti bu təşkilatların gəmilərinə cərimə tətbiq edilməsi və onların ölkənin limanlarına buraxılmaması barədə qərar qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər