İsrailin Tel-Əviv şəhərində LGBT icmasının üzvlərinə zorakılıq edilməsinə qarşı etiraz yürüşü keçiriləcək.
Teleqraf.com xəbər verir ki, yürüş iyulun 28-də yerli vaxtla saat 18:00-da başlayacaq. Fəallar Vaşinqton meydanına toplaşacaq, buradan Hertsl küçəsinə gedəcəklər. Yürüş Rotşild Bulvarında sona çatacaq.
Bazar günü LGBT-nin psixoloji dəstək xidməti təcili yardım rejimində çalışacaq.
LGBT icmasının nümayəndələri yürüşü Tamra şəhərindən olan yeniyetmənin Təl-Əvivdəki “Beyt-Dror” sığınacağı yaxınlığında hücuma məruz qalmasına etiraz əlaməti olaraq təşkil ediblər. Yeniyetmə iyulun 26-da bir neçə bıçaq yarası alıb, ona hücum edən şəxs cinayət yerindən qaçıb.
Zərərçəkmişin çoxlu qan itirməsinə baxmayaraq o, uğurla əməliyyat edilib.