Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Yelena Malinnikova ölkədə böyüklər üçün ən çox təhlükə yaradan yoluxucu xəstəliklərin adlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, birinci yeri hepatit tutur.
“Bu, bizim ən böyük problemlərimizdən biridir, baxmayaraq ki, hazırda bu xəstəliyin müasir müalicə metodlarının tətbiqində sıçrayışlar müşahidə olunur”, – deyən Y.Malinnikova infeksiyaya qarşı mübarizənin səylə aparıldığını bildirib.
Məmur qeyd edib ki, qızılca Rusiyada ikinci ən təhlükəli xəstəlikdir. Xəstəliyin peyvəndlə idarə olunmasına baxmayaraq Rusiyada ona yoluxanların sayı artır.
“Və hələ həll edilməmiş, lakin həll edilə bilən bir problem var – İnsanın İmmunçatışmazlığı Virusu”, – deyə Malinnikova sözlərini tamamlayıb.