Suriya rejiminə aid qüvvələr İdlibdə gərginliyi azaltma bölgəsinə aviasiya hücumu təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, rejim qüvvələri hədəf kimi Əriha mahalının Maarşurin kəndini seçib. Hücum zamanı 6 nəfər ölüb, 18 nəfər yaralanıb.