28 İyul 2019 18:30
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ciddi hazırlığa başlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sunday Times” qəzetində dərc olunmuş məqaləsində Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv bildirib.

Maykl Qouv qeyd edib ki, yeni Baş Nazirlə, yeni hökumətlə, yeni və daha aydın missiya ilə Britaniya oktyabrın 31-də Avropa İttifaqından çıxacaq.

Bundan sonra heç bir yubanma olmayacaq. Brexit artıq yaxınlaşır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər