29 İyul 2019 01:16
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada silahlıların hücumu zamanı 65 nəfər həlak olub.

Teleqraf.com-un məlumatına görə, hadisə Borno ştatında baş verib. "Boko Haram" radikal qruplaşmasının silahlıları motosikletlərlə kəndlərin birinə gələrək yasdan qayından şəxsləri atəşə tutublar.

Onlarla insan yaralanıb.

Qeyd edək ki, “Boko Haram” radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər