Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin gəmisi Fars körfəzinə daxil olub.
Teleqraf.com-un məlumatına görə, "Duncan" hərbi gəmi ərazidə olan ingilis tankerlərinin təhlükəsizliyini təmin edəcək.
Qeyd edək ki, 19 iyulda İran Britaniyaya məxsus “Stena İmpero” neft tankerini saxlayıb.