11 Sentyabr 2014 16:04
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Krım və Ukraynanın şərqində beynəlxalq hüququ pozan hərəkətlərini qətiyyətlə pisləyən ölkələrin başında Almaniya gəlir”.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu sözləri Almaniya Federal Məclisinin bu gün keçirilən büdcə müzakirələrində xarici işlər naziri Frank-Valter Steinmeier deyib.

O bildirib ki, Almaniya Avropada sülh rejiminin qorunmasının tərəfdarıdır: “Nə soyuq, nə də isti müharibə istəyirik. İkitərəfli razılığın əldə olunması çox vacibdir”.

Almaniya baş naziri Angela Merkel isə geri addım atmayan Rusiyaya yeni sanksiyalarla bağlı xəbərdarlıq edib.

Polşanın işğalının 75-ci ildönümündə keçirilən mərasimdə iştirak edən Almaniya prezidenti Toaçim Gauck isə Rusiyanın Avropadakı sülhü təhlükəyə atdığını söyləyib.

Alman Sənaye və Ticarət Palatasının məlumatlarına görə, Rusiyaya tətbiq edilən sanksiyalardan xüsusilə orta miqyaslı maşın və kompleks tikintisi sahəsində fəaliyyət göstərən şirkətlər zərər görəcək.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər