“Rusiya-Gürcüstan münasibətlərinin pozulmasına görə ABŞ məsuliyyət daşıyır”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın mərhum prezidenri Edvard Şeverdnadzenin keçmiş mətbuat katibi Valeri Kavarçaxeliya deyib.
Kavarçaxeliya paytaxt Tiflisdə Rusiya əleyhinə keçirilən etiraz aksiyalarının müəllifinin ABŞ olduğunu bildirib:
“ABŞ gürcüləri Rusiyadan uzaqlaşdırmaq, onları fiziki və mənəvi olaraq bir-birindən ayırmaq üçün hər şeyi edir. İndiyədək bu məsələdə heç vaxt uğur qazanmayıblar”.
Sabiq dövlət rəsmisi paytaxtda cərəyan edən olayların təxribat olduğunu istisna etməyib.