Rusiyada sosial şəbəkədə paylaşdığı fotoları ilə məşhurlaşan 24 yaşlı model Yekaterina K. evində ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, ailəsinin günlərdir xəbər tuta bilmədiyi qadın bıçaqlanaraq qətlə yetirilib.
Qızlarından narahat olan ailə ev sahibindən evə baxmasını xahiş edib, gözləmdikləri cavabı eşidiblər. Yekaterinanın cansız bədəni evdə bir kisənin içindəymiş.
Bədənində çoxlu sayda bıçaq zərbələri aşkarlanan qadının qətlə yetirildiyi bəlli olub.
İnstaqramda 80.000-dən çox izləyicisi olan Yekaterina keçən günlərdə 32 yaşlı sevgilisindən ayrılmışdı. O, bundan sonra yaşca özündən böyük bir kişi ilə görüşməyə başlamışdı.
Olayla bağlı cinayət işi açan polis Yekaterinanın qısqanclıq zəminində qətlə yetirilməsindən şübhələnir.