Əfqanıstanın Həcc Məsələləri və Dini İşlər üzrə Nazirliyinin binasının divarı uçub. Nəticədə 3 əməkdaş həlak oldu, 5 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Pajvak” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, nazirliyin binası paytaxt Kabildə yerləşir. Təfərrüatlar barədə məlumat verilməyib.