29 İyul 2019 23:15
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Altamira bələdiyyəsindəki həbsxanada iğtişaşlar nəticəsində 52-dən çox məhbus ölüb.

Teleqraf.com xəbər verir ki, məhbusların əksəriyyəti qapalı otaqda dəm qazından boğulma səbəbindən dünyasını dəyişiblər.

Məhbuslardan 16 nəfərin başı kəsilib. Bundan əlavə, iki həbsxana işçisi girov götürülüb lakin sonradan sərbəst buraxıblar.

Bundan əvvəl Braziliyada həbsxanaların birindəki davada 15 nəfər ölmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər