Ermənistan Dövlət Maliyyə Xidmətində külli miqdarda rüşvət alma faktı aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası (MTŞ) açıqlama yayıb.
Məlumata görə, DMX-nın yüksək vəzifəli məmurları bir şirkətdən almaz idxalatı və satışı adıyla 2 milyon dollar rüşvət tələb ediblər. Təhdidlərə məruz qalan şirkət rəhbəri razılaşma yolu ilə DMX məmurlarına 1 milyon dollar verib.
MTŞ şirkətdən rüşvət tələb edən məmurları həbs edib.