Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi-Şərqi Asiya Millətlər İttifaqının (ASEAN) zirvəsi çərçivəsində Banqkokda çinli həmkarı Vanq Yi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Şərqi Türküstan məsələsi müzakirə olunub.
Çavuşoğlu bölgədə yaşayan uyğur türklərinin vəziyyətini öyrənmək üçün Türkiyədə rəsmi nümayəndə heyətinin Çinə gedəcəyini bildirib:
“Görüşdə uyğurlar türkləri məsələsini müzakirə etdik. Çinin dəvəti ilə Sincanda (Şərqi Türküstan) müşahidə heyəti göndərəcəyik”.
Qeyd edək ki, uzun illərdir Çin hakimiyyətinin Şərqi Türküstanda uyğurları soyqırıma məruz qoyduğu iddia olunur.