Mərakeş kralı altıncı Məhəmməd hakimiyyətə gəlişinin iyirminci ildönümü münasibətilə 5 minə yaxın məhkum haqqında əfv qərarı verib.
Teleqraf.com xarici mətbuata istinadla bildirir ki, bu barədə Mərakeş Ədliyyə Nazirliyi məlumat yayıb.
Əfv qərarına əsasən 1916 məhkum yüngül rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb, 2977 məhkum azad edilib, 31 edam qərarı ömürlük həbslə, 176 ömürlük cəza isə müddətli həbslə əvəz olunub. Şübhəli şəxs qismində saxlanılan 164 nəfər də sərbəst buraxılıb.
Əfv qərarından faydalananlar arasında ölkədə 2016- cı il oktyabr ayında baş verən Hüseymə hadisələrində terrorçuluqda günahlandırılan məhkumlar da yer alıb.