Şimali Koreya bu həftə iki ballistik raket sınağı keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentliyə informasiya verən Şimali Koreyanın baş qərargahı raketlərin Hodo yarımadasından atıldığını ifadə edib.
Raketlər 30 kilometr yüksəklikdə uçub və 250 kilometr qət edib. Yaponiya baş qərargahı isə bəyan edib ki, bölgələrinə raket düşməyib.
Cənubi Koreya isə bildirir ki, sözügedən raketlər əvvəlki model raketlərdən tam fərqli tipdə olub.