31 İyul 2019 13:00
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Virciniya ştatında bir tədbirə qatılan Prezident Donald Tramp qeyri-adi etiraz aksiyası ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, prezident tədbirdə 2020-ci il seçkiləri ilə bağlı vədlərindən də bəhs edirmiş.

Əlində plakat tutan bir şəxs prezidentin sözünü kəsərək “bizi geri göndərə bilməzsiniz” deyə qışqırmağa başlayıb.

Sonradan bu şəxsin Demokrat Partiyasının müsəlman məclis üzvü İbrahim Samirah olduğu ortaya çıxıb.

Əlindəki plakatda “Bizi geri göndərə bilmərsiniz, Virciniya bizim evimizdir”, “Korrupsiyalaşmış evinə geri dön” şüarları nümayiş etdirən İbrahim prezidentə etirazını çatdırıb.

Polis İbrahimi zaldan çıxarıb, Tramp çıxışına davam edib.


Müəllif: Cavad

Oxşar xəbərlər