Qazaxıstanda 4 min yaşı olan Kızılta məzarlığında aparılan arxeoloji qazıntı zamanı bir-birinin üzünə baxan cütlüyün skeleti aşkar olunub.
Teleqraf.com xəbər verir ki, arxeoloqlar skeletlərin 16-17 yaşında insanlara məxsus olduğunu açıqlayıb.
Qadının skeletinin qollarında bilərziklər, boynunda boyunbağı tapan arxeoloqlar ölüm səbəbini müəyyən etmək üçün araşdırmanın davam etdiyini bildiriblər.