BƏƏ-nin baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşı şahzadə Hayanın onu İngiltərədə məhkəməyə verməsi iki ölkə arasında diplomatik gərginliyə yol aça bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumatda bildirilib ki, İordaniya kralı Abdullahın ögey bacısı Hayanın bu ölkə ilə BƏƏ arasında gərginlik yaratmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, şeyx və Haya dünən London məhkəməsində ilk dəfə olaraq üz-üzə qalıb.
İngilis mühafizəçisi ilə Londona qaçan Dubay əmirinin arvadı burada onunla eşq yaşadığı iddia olunur.