ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə girovların işləri üzrə xüsusi nümayəndə Robert O`Brayen dava etdiyinə görə İsveçdə saxlanılmış reper A$AP Rocky-nin işi üzrə məhkəmə dinləmələrinə qatılmaq üçün Stokholma yollanıb.
Teleqraf.com xəbər verir ki, işə Stokholm dairə məhkəməsində baxılır.
ABŞ-ın təmsilçisi bildirib ki, Prezident Trampın tapşırığı ilə ifaçının və saxlanılmış digər ABŞ vətəndaşlarının tezliklə vətənə qaytarılması üzərində çalışacaq.
Reper A$AP Rocky (Rakim Mayers) dava etdiyi üçün iyulun 2-də Stokholmda saxlanılıb.