1 Avqust 2019 10:55
2 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyadan S-400 kompleksi aldığına görə NATO üzvü və müttəfiqi Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşmaqla paralel Braziliyanı özünün əsas müttəfiqi elan edir.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Tramp dövlət katibi Mayk Pompeoya göndərdiyi memorandumda Braziliya ilə münasibətlərin əsas müttəfiqlik səviyyəsində rəsmiləşdirilməsini istəyib.

Memoranduma görə, Braziliya NATO üzvü olmayan ciddi müttəfiq kimi tanınır. Xüsusilə, ABŞ-la müdafiə sahəsi mövzusunda əsas ölkələr kateqoriyasında qiymətləndirilir. Bu addım Braziliyaya imkan yaradacaq ki, ABŞ-dan silah alan ölkələr arasında qabaqcıl yer tutsun, Pentaqonun həyata keçirdiyi silah istehsalında iştirak etsin və ABŞ hərbçiləri ilə birlikdə təlimlərə qatılsın.

Xatırladaq ki, Prezident Tramp may ayında Konqresə göndərdiyi məktubunda “1961-ci il Xarici Yardımlar Qanunun 517-ci bölümünə uyğun olaraq Braziliyanı “NATO üzvü olmayan əsas müttəfiq” kimi elan etmək niyyətimi açıqlayıram” ifadələri işlədib.

NATO müttəfiqləri xaricində İsrail, Yaponiya, Cənubi Koreya və Avstraliya ABŞ-ın əsas müttəfiqləri elan olunub. Bu siyahıya Braziliyada əlavə edilir.

ABŞ indiyə qədər ən yaxın müttəfiqi sayılan Türkiyəni Rusiyadan S-400 kompleksi aldığına görə bağışlamır.


Müəllif: Cavad

Oxşar xəbərlər