1 Avqust 2019 12:20
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan vətəndaşlarının Şimali Kipr Türk Respublikasına səfərləri qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkmənistan Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, qərar Miqrasiya Xidmətinin iyulun 15-də keçirilən iclasında qəbul olunub. Buna səbəb kimi isə Türkmənistanın yeni və köhnə pasportu məsələsində qarşı tərəflə həmfikir olmadığı göstərilib.

Köhnə türkmən pasportu məhdudiyyətsiz sayılırdı, pasporta vətəndaşın ancaq 16, 25 və 45 yaşlarında olan fotoları vurulurdu.

Türkmənistan 2008-ci ildə biometrik pasportunu qəbul etsə də, Şimali Kipr köhnə pasportların etibarlı saydığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər