Sosial medianın aktiv istifadəçilərindən olan məşhur türk müğənni Hülya Avşar istirahət fotoları ilə illərə meydan oxuyub.
Teleqraf.com xəbər verir ki, idmana önəm verən sənətçi bikinili fotosunu İnstaqram hesabında yayıb.
Cəsur paylaşımlar edən 55 yaşlı müğənni qüsursuz bədən quruluşu ilə diqqət çəkib. Sosial şəbəkələrdə 3 milyona yaxın izləyicisi olan Hülya Avşarın günəşlənərkən çəkdirdiyi fotoya fanatları qısa zamanda minlərlə müsbət rəy yazıblar.