1 Avqust 2019 14:55
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın Rusiya siyasəti sünidir, bu səbəbdən bu siyasət Vaşinqton üçün fəlakətə yol aça bilər”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Yakov Kedmi deyib.

Onun sözlərinə görə, ABŞ heç vaxt imperiya olmayıb, buna görə də imperiya anlayışının nə olduğunu bilmir.

Kedmi Amerikanın imperiya olmaq üçün fundamental əsaslarının olmadığına da diqqət çəkib.

Sabiq baş nazir ABŞ-ın 1991-ci ildən sonra yürütdüyü siyasətin süni olduğunu düşünür, buna görə də, Amerikanın imperiya olmaq cəhdlərinin bu ölkə üçün dağıdıcı fəlakətə yol açacağını iddia edib.

Kedmi hesab edir ki, ABŞ-ın hazırda yürütdüyü Rusiya siyasəti ölkə daxilindəki bəlli siyasi çevrələrin maraqlarını əks etdirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər