Valinin xanımına atəş açan iki sui-qəsdçi polis tərəfindən öldürülüb.
Teleqraf.com xəbər verir ki, hadisə dünyanın ən təhlükəli ölkələri siyahısına başçılıq edən Meksikada qeydə alınıb.
Məlumata görə, iki silahlı şəxs Meksikanın Nayarit əyalətinin valisinin mühafizəçiləri tərəfindən məhv edilib. Valinin xanımı Mariya Luisa alış-veriş mərkəzinin restoranında olduğu zaman içəriyə daxil olan şəxslər atəş açmağa başlayıb. Ancaq mühafizəçilər həmin şəxsləri məhv edib.
Sonradan Nayrarit əyalətinin valiliyi bildirib ki, Luisa hücumun hədəfi olmayıb.
Biri mühafizəçi olmaqla altı nəfər yaralanıb.