Somali Prezidenti Məhəmməd Abdullah Fermacuni ABŞ vətəndaşlığından imtina edib.
Teleqraf.com xəbər verir ki, ölkə qanunvericiliyi şəxslərə ikili vətəndaşlığa icazə versə də, prezident ABŞ vətəndaşlığını rədd edib.
Mütəxəssislər ölkə başçısının ABŞ vətəndaşlığından imtinası ilə bağlı prosedurlara başlayıb.
Nazirlər, deputatlar da daxil olmaqla ikili vətəndaşlığı olan bir sıra rəsmi şəxslərin Məhəmməd Abdullah Fermacuni təkrarlayıb-təkrarlamayacağı sual olunur.
Xatırladaq ki, Somali prezidentinin ABŞ vətəndaşı olması seçkiqabağı kampaniya zamanı gündəmə gəlmişdi.