ABŞ Prezidenti Donald Tramp 300 milyard dollar həcmində Çin məhsullarına əlavə vergi tətbiq olunacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ başçısı yeni qanunun sentyabrın 1-də qüvvəyə minəcəyini bildirib.
Tramp Çindən idxal olunan malların üzərində 10 faizlik verginin tətbiq olunacağını bildirib.
“Kimsə bunu Çinə çoxdan etməli idi”, deyən ABŞ prezidenti 10 faizlik verginin qısamüddətli bir tədbir olduğunu, bunun gələcəkdə artırılacağını vurğulayıb.