Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələcəyi tarix açıqlanıb.
Teleqraf.com xəbər verir ki, baş nazir avqustun 5-də separatçıların Xankəndi şəhərində keçirəcəyi “VII Pan-Erməni Oyunları”nın açılış mərasimində iştirak etmək üçün Qarabağa gələcək.
Məlumatda Paşinyanın Xankəndində Ermənistan diaspor nümayəndələrini ilə iclas keçirəcəyi bildirilib.
Erməni baş nazir Qarabağa sonuncu dəfə bu ilin may ayında gəlmişdi.