Ermənistanın Sünik bölgəsində polis idarəsini partlatmağa cəhd edilib.
Teleqraf.com xəbər verir ki, olay Gorus rayonunda baş verib.
Məlumata görə, səhər saatlarında əl bombası ilə silahlanmış bir nəfər Gorus polis idarəsinin binasına girərək buranı partlatmağa cəhd edib.
Mühafizəçilər tərəfindən zərərsizləşdirilən şəxsin üzərində “F-1” tipli əl qumbarası aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.