2 Avqust 2019 16:01
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Suriyada ələ keçirilən İŞİD terror təşkilatının 2.500 üzvünün Avropa İttifaqı tərəfindən təhvil alınmayacağı halda, Avropaya buraxacaqlarını açıqlayıb.

Teleqeraf.com xəbər verir ki, Tramp Avropa əsilli terrorçuların Aİ tərəfindən təhvil alınmasının vacib olduğunu deyib.

Amerika prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında vurğulayıb:

“10 min terrorçudan 2500-nü ələ keçirdik, Avropanın onları təhvil almasını istəyirik. Onlar Fransa, Almaniya və Avropanın müxtəlif bölgələrindən olan insanlardır.

Yəni, əlimizdə minlərlə İŞİD üzvü var. Avropa onları almalıdır, almasa, böyük ehtimalla sərbəst buraxacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər