2 Avqust 2019 17:43
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyəyə və mötədil Suriya müxalifətinə İdlibdə demilitarizasiya olunmuş zonada atəşkəs rejiminin bərqərar olması üçün kömək etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“Türkiyənin Soçi memorandumu üzrə öhdəlikləri var. Əgər onlar özləri bunu edə bilmirlərsə, biz onlara kömək edə bilərik. Buna görə də biz bu gün müxalifətlə bu barədə danışdıq. Əgər onlar bunda maraqlıdırlarsa, əgər onlara “Həyat Təhrir əş-Şam” terror təşkilatı ilə mübarizədə kömək lazımdırsa bizə arxalana bilərlər”, – deyə Lavrentyev sülhün davamlılığının necə təmin olunacağına dair suala cavab olaraq deyib.

Qeyd edək ki, “SANA” agentliyi hərbi mənbəyə istinadla 2018-ci il sentyabr ayında Rusiya ilə Türkiyə arasında əldə edilmiş Soçi sazişinin şərtlərinə uyğun olaraq bu gecədən etibarən İdlib əyalətində atəşkəs rejiminin qüvvəyə minəcəyinə dair razılıq əldə edildiyi barədə məlumat yayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər