ABŞ Prezidenti Donald Tramp Konqresin qəbul etdiyi büdcə layihəsini imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Hər iki partiya və Ağ ev tərəfindən razılaşdırılmış qanun layihəsi 2021-ci il iyul ayının sonuna qədər dövlət borcu yuxarı həddinin daima artırılması zərurətini müvəqqəti olaraq dayandırır.