3 Avqust 2019 11:48
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sibir bölgəsində başlamış meşə yanğınları vəhşi heyvanların təhlükəsiz zonaya kütləvi miqrasiyasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, alov və tüstüdən qaçan vəhşi heyvanlar hətta insanların olduğu əraziyə qədər yaxınlaşır.

İrkustk vilayətinin Ust-Kutsk rayonundan hazırlanmış video-rolikdə dəhşətli vəziyyəti seyr etmək mümükündür.

Qeyd edək ki, Sibirdə bütün iyul ayı boyunca meşə yanğınları davam edib, alovun tam ram edilməsi hələ ki mümkün deyil.

Məlumata görə, Sibir və Uzaq Şərqin 610-dan çox yaşayış məntəqəsi tüstülərin təsiri altındadır. Milyon hektarlarla meşə isə yanğına məruz qalıb.


Müəllif: Mahir

Oxşar xəbərlər