3 Avqust 2019 18:16
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal dini terror təşkilatları yaxın gələcəkdə dünya üçün yeni təhdid yarada bilər.

Teleqraf.com xəbər verir ki, BMT üzv ölkələrin kəşfiyyat xidmətlərinin əldə etdiyi informasiyalara əsaslanaraq belə bir hesabat hazırlayıb.

Hesabatda beynəlxalq terrorizmdə son dövrlər yaşanan durğunluğun qısa müddətə başa çatacağı və yeni il ərəfəsində terror hücumu dalğasının ola biləcəyi ifadə edilir.

BMT-nin hesabatında İŞİD tərəfdən savaşa gedən və sağ qaldığı ehtimal olunan 30 mindən çox terrorçularla bağlı qayğı dilə gətirilir. Sənəddə İŞİD üzvlərinin Türkiyəyə qaçmaq ehtimalının yüksək olduğu vurğulanır.

Hesabata görə, terrorçular yaxın gələcəkdə beynəlxalq təhdid vəziyyəti yarada bilər. Bəziləri Əl-Qaida-yə qoşula, bəziləri ortaya çıxa biləcək başqa terror qurumlarına daxil ola, bəziləri terror təşkilatının lideri ola bilərlər.

Sənədə görə, terrorçuların Türkiyə, Fransa, Belçika və Almaniyada yüzlərlə mülki insanı öldürdüyü, 2015-2016-cı ildən bu yana daha az uğurlar əldə etdiyi reallıq olsa da, Avropa üçün terror təhdidi ehtimalı yüksək həddə qalmaqda davam edir.


Müəllif: Cavad

Oxşar xəbərlər