3 Avqust 2019 17:24
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ danışmaq istəsə danışacağıq, savaşmaq istəsə savaşacağıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Çinin BMT-dəki daimi təmsilçisi Zanq Jun ölkəsi ilə ABŞ arasında ticarət müharibəsindən danışarkən deyib.

Səfir bildirib ki, Çin öz haqqını ı qorumaq üçün zəruri olan tədbirləri görəcək: “ABŞ danışmaq istəsə danışacağıq, savaşmaq istəsə savaşacağıq. Hesab edirəm ki, Çinin mövqeyi bəllidir”.

Daimi nümayəndə mövcud gərginliklə əlaqədar ABŞ-a “Doğru həll variantının tapılması üçün düz yola dönmək lazımdır” çağırışını edib.

Xatırladaq ki, ABŞ Prezidenti Tramp sentyabrdan başlayaraq Çindən ölkəsinə idxal olunan 300 milyard dollarlıq mala 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər