Ruminiyada gənc qızın qaçırılıb öldürülməsindən sonra hökumətdə ciddi böhran yaşanır.
Teleqraf.com xəbər verir ki, 15 yaşlı Aleksandra Macesanu ötən çərşənbə günü qaçırılaraq qətlə yetirilib.
Aleksandra Macesanu təhlükəni hiss edərək 3 dəfə polisə zəng etsə də, onun təhlükəsizliyi ilə bağlı vaxtında tədbir görülməyib.
Hadisə ölkədə şok yaradıb. Gənc qızın ölümündən sonra daxili işlər naziri Nikolay Moqa istefa verib. Ardınca paytaxtın polis şefi İoan Buda istefasını elan edib. Bundan qısa müddət sonra isə təhsil naziri Yekatrina Andronesu canlı yayımda qızla bağlı işlətdiyi fikirlərə görə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Aleksandranın ölümünə görə 65 yaşlı Georgi Dinca saxlanılıb. Sonradan məlum olub ki, qatil 18 yaşlı Luiza Melenkunuda ölüdürüb.