Ayda 22 min lirə maaş alan deputatlar dolanışıqda çətinlik çəkir. Parlamentə ictimai nəqliyyatla gələn deputatlar var.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin spikeri Mustafa Şentop deyib.
Spiker 2002-ci ildən bu yana millət vəkillərinin maaşında artım olmadığını deyib, habelə bir çox deputatın Ankarada kirayədə qaldığını xatırladıb:
“Millət vəkillərinin maaşlarının yüksək olmasına dair fərqli açıqlamalar verilir. Ancaq onların xərclərini kimsə dilə gətirmir. Deputatlar həftə boyu Ankarada olur, daha sonra yaşadıqları və seçildikləri şəhərlərə gedirlər. Təkcə gediş-gəlişlə bağlı böyük xərclər var. Parlamentə gələn ziyarətçilərlə bağlı da deputatlar xərcləri çıxır.
Bir çox deputatlar seçicilərini otellərdə, qonaq evlərində qonaq edir, xəstəxana xərclərini ödəyir. Deputatlara avtomobil də ayrılmır”.