Güclü küləyin avtobusu devirməsi nəticəsində 6 sərnişin yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Qars vilayətində baş verib.
Dializ xəstələrini daşıyan avtobus Qars-İqdır yolunda qəzaya düşüb. Avtobus Harakani Dövlət Xəstəxanasında dializ qəbul edən xəstələri yaşadıqları kəndlərə aparırmış.
Güclü külək və sürücünün avtomobilə nəzarəti itirməsi səbəbindən avtobus aşıb.