Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK-nın Avropadakı fəaliyyətinə cavabdeh olan terrorçunu həbs edib.
Teleqraf.com xəbər verir ki, Norveçdə fəaliyyət göstərən M.S. adlı terrorçu bir müddət əvvəl Türkiyəyə gəlib.
MİT dərhal həmin şəxsi müşahidəyə alıb. Onun ölkədən qəfil yoxa çıxma ehtimalını nəzərə alan MİT və Bursa polisi iyulun 27-də əməliyyat keçirərək onu yaxalayıb.
İyulun 31-də məhkəmə qarşısına çıxarılan terrorçu PKK üzvü olması ittihamı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.