Böyük Britaniyada Londonun Hitrou hava limanında elan olunmuş tətillə əlaqədar 170-dən çox aviareys təxirə salınıb.
Teleqraf.com-un məlumatına görə, həmkarlar təşkilatı hava limanı işçilərinin əməkhaqlarının artırılması tələbi ilə avqustun 5-6-da tətil elan edib.
Qeyd olunur ki, tətil ümumilikdə 90 aviaşirkətin reyslərinə təsir edəcək. Aeroport rəhbərliyi sərnişinlərdən uçuşdan əvvəl hava limanına müraciət etməyi tövsiyə edib.
48 saat davam edəcək tətilin hava limanına 5,6 milyon dollara başa gələcəyi deyilir.