ABŞ-ın Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu Texas ştatının qubernatoru Qreq Abbott bildirib.
Şəhər polisinin rəhbəri Qreq Allen isə açıqlamasında 26 nəfərin yaralandığını deyib.
***
ABŞ-ın Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 19 nəfər ölüb, 40 nəfər yaralanıb.
Bu barədə məlumatı NBC News yayıb. Bir müddət öncə isə 18 nəfərin öldüyü, 20 nəfərin isə xəsarət aldığı bildirilirdi.
Artıq hadisəni törədən cinayətkarın kimliyi də açıqlanıb. O, 21 yaşlı Dallas sakinidir. Həmin şəxs ticarət mərkəzinə daxil olaraq ətrafdakı şəxslərə atəş açıb.
Bundan başqa polis baş verən hadisə ilə bağlı şübhəli şəxs qismində 3 nəfəri saxlayıb.
***
ABŞ-ın Texas ştatında naməlum şəxs insanlara atəş açıb.
Teleqraf.com-un məlumatına görə, hadisə ticarət mərkəzlərin birində baş verib.
Xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur. Polis hadisə yerinə cəlb olunub.