ABŞ Suriyanın şimal-qərbində atəşkəs elan edildiyi barədə xəbərləri alqışlayır, lakin vacib olan mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumların dayandırılmasıdır.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus çıxış edib.
O, ABŞ hakimiyyətinin İdlib əyalətində Suriya qoşunları ilə ölkənin silahlı müxalifət dəstələri arasında əldə olunan atəşkəs razılaşmasını məmnunluqla qarşıladığını söyləyib.
Morqan Ortqusun sözlərinə görə, Birləşmiş Ştatlar atəşkəs rejimini bərpa etmək üçün birlikdə çalışan Türkiyə və Rusiyanın səylərini yüksək qiymətləndirir.